Xaçaturyan onu Baş Qərargah İdarəsində vəzifəyə təyin etdi

xacaturyan-onu-bas-qerargah-idaresinde-vezifeye-teyin-etdi
Oxunma sayı: 1222

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Gevorq Qonyanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat Baş İdarəsi rəisinin müavini təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Prezident administrasiyası məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar barədə Prezidentin imzaladığı müvafiq fərmanda qeyd olunur. Sənəd Baş nazirin təqdimatı əsasında və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna əsasən imzalanıb.