Xaçmazda 23 yaşlı gənc göldə boğuldu

xacmazda-23-yasli-genc-golde-boguldu
Oxunma sayı: 1920

Xaçmazda 23 yaşlı gənc süni suvarma gölündə boğulub.

“Qafqazinfo”nun məlumatına görə, Fərid Əliyev adlı şəxs işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb.

Hadisə rayonun Ağaverdioba kəndində baş verib.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri gəncin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.