“Xahiş etmişdi ki, AMEA-da onunla görüşək” - Ramiz Mehdiyev

xahis-etmisdi-ki-amea-da-onunla-gorusek
Oxunma sayı: 6521

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev iki gün öncə həmin quruma getməsi ilə bağlı məlumatın səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, R. Mehdiyev “TV Musavat”a bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib: “Rusiya Elmlər Akademiyası prezidentinin köməkçisi xahiş etmişdi ki, onunla görüşək. Çünki Rusiya-Azərbaycan birlikdə elmi mərkəz yaratmaq istəyir. Onunla bağlı görüşmək istəyirdilər”. 

Aparıcının "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?" sualına isə Ramiz Mehdiyev belə cavab verib: “Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm”.

R.Mehdiyev AMEA-nın yeni prezidenti Arif Həşimovun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.