Xalid Muxtarlı vəfat etdi

xalid-muxtarli-vefat-etdi
Oxunma sayı: 7431

Bakı şəhər icra hakimiyyəti başçısının sabiq müavini Xalid Muxtarlı vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra ötən gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Xalid Xancan oğlu Muxtarlı vaxtı ilə Səbail rayon icra hakimiyyəti başçısının I müavini vəzifəsində də çalışıb. Bundan başqa o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Laboratoriya müdiri vəzifəsini də icra edib.