Xarkovda həlak olan azərbaycanlı ailə ilə bağlı - Açıqlama

xarkovda-helak-olan-azerbaycanli-aile-ile-bagli
Oxunma sayı: 4571

“Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edilib”.

Bu barədə “Qafqazinfo”ya Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan məlumat verilib.

Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qayınanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.

“Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın Fəxri konsulluğu daim əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir”, - deyə açıqlamada qeyd olunub.