Evdə iynə vurulan şəxs şoka düşüb öldü - Yenilənib

evde-iyne-vurulan-sexs-soka-dusub-oldu
Oxunma sayı: 4691

Zaqatalada 37 yaşlı kişi qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Az sonra R.Ramazanov anafilaktik şok nəticəsində ölüb. Bildirilib ki, R.Ramazanovun vəziyyət evdə vurulan iynədən sonra pisləşib və daha sonra tibb müəsisəsinə çatdırılıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

TƏBİB-dən bildirilib ki, Zaqatala rayon Muxax kənd sakini, 1987-ci il təvəllüdlü şəxslə bağlı 13.11.2024-cü il tarixində saat 22:30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub: 

"Ünvana təcili yardım briqadası cəlb olunub. Göstərilən zəruri tibbi yardıma baxmayaraq, saat 23:13-də "anafilaktik şok" diaqnozu ilə şəxsin ambulansda xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

Mövcud protokollara uyğun olaraq xəstəxanaya çatdırıldıqdan sonra da bütün reanimasiyon tədbirlər görülsə də, ölüm faktı öz təsdiqini tapıb.

Yaxınlarının bildirməsinə görə, evdə vurulan iynədən sonra şəxsin halı pisləşib".