Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində baş verən yanğında çəkilən video yayılıb.
“Qafqazinfo” xəbər verir ki, anbarlardan birində başlamış yanğının söndürülməsi zamanı 16 nəfər tüstüdən zəhərlənib.
Anbardakı malların daşınmasında, yanğından zərər görən şəxslərin xilas edilməsində 15 DİN və FHN işçisi iştirak edib.
Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumata görə, ümumilikdə xəstəxanaya müraciət etmiş 16 nəfər yardım göstərildikdən sonra evə buraxılıblar.
Şahidlərin “Qafqazinfo”ya göndərdiyi sözügedən videonu təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər