Yeni nəsil süni intellektə - 100 milyardlıq investisiya

yeni-nesil-suni-intellekte
Oxunma sayı: 1353

Çip istehsalçısı “Nvidia” “ChatGPT”nin yaradıcısı “OpenAI” şirkətinə 100 milyard dollara qədər investisiya yatıracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, strateji tərəfdaşlıq çərçivəsində “Nvidia” “OpenAI”yə süni intellekt modellərinin öyrədilməsi və istifadəsi üçün lazım olan məlumat mərkəzlərinin yaradılması məqsədilə çip tədarük edəcək.

Onların ümumi gücü ən azı 10 GVt olacaq ki, bu da “OpenAI”yə “yeni nəsil süni intellekt infrastrukturu” yaratmağa imkan verəcək.

Yaxın gələcəkdə şirkətlər razılaşmanın detallarını müzakirə edəcək və 2026-cı ilin ikinci yarısında bu infrastrukturun yerləşdirilməsinə başlanacaq.

Bu məlumatdan sonra “Nvidia”nın səhmləri 4% yüksəlib.