Yeni Toyota C-HR ilə daim seçilin!

yeni-toyota-c-hr-ile-daim-secilin
Oxunma sayı: 2274

Yeni Toyota C-HR modelinin reallıqla birbaşa əlaqəsi var!

Müasir və funksional interyer üslubu premium rahatlıqla birləşdirən bu model böyük zövqlə dizayn edilib.

Toyota ilk dəfə 2017-ci ildə təqdim olunan qeyri-ənənəvi dizayna, özünəməxsus xarakterə və yüksək keyfiyyətə malik bu model ilə bu günədək Avropada 840.000-dən çox satış edib.

Yeni Toyota C-HR modeli Azərbaycanda 2 fərqli, Toyota-nın ən yeni, 5-ci nəsil hibrid texnologiyasına sahib mühərrikləri ilə gələn il təqdim olunacaq. Bunlardan biri 140 at gücünə sahib olan 1.8 litrlik hibrid mühərrik, digəri isə 197 at gücünə sahib 2 litrlik hibrid mühərrikdir.

Ümumi uzunluğu 4360 mm, eni 1830 mm, hündürlüyü isə 1570 mm olan yeni Toyota C-HR avtomobilinin kuzasının möhkəmliyi indi daha da artırılmışdır.

Ön faraları oxa bənzəyən 3D arxitekturaya sahib bu avtomobilin cizgiləri kəskindir. Həmin ön faralar 4 hissəli LED işıqlarla təchiz olunmuşdur. Bu modeldə ən çox diqqətə çarpan məqamlardan biri gizlin qapı qollarıdır. Toyota ilk dəfə yeni Toyota C-HR modelində premium xüsusiyyət kimi qapı dəstəyini görünməz etmişdir.

Ön tərəfdə olduğu kimi arxa hissədə də LED işıqlar hakimdir, belə ki, modelin adı arxa LED lampa ilə birləşərək cazibədar bir görünüş əmələ gətirir.

Bu ecazkar avtomobilin interyerinə nəzər salarkən 64 fərqli rəngdə kabin işıqlandırılmasını xüsusi qeyd etmək lazımdır. Bu işıqlar xarici işıqlanmaya (hava şəraitinə), daxili istiliyə görə rəngini dəyişir.

Yeni Toyota C-HR modelinin yüksək komplektasiyasında diqqət çəkən məqamlardan biri panorama termal lyükdür ki, bu da çöldəki havanı içəri keçirmir. Üstəlik, bu lyük sayəsində avtomobilin çəkisi 5 kq daha aşağı düşür.

Avtomobilin daxili monitor sistemi, düymələrlə idarə olunması, oturacaqları – bir sözlə interyer sizin rahatlığınız üçün hesablanıb. Toyota Safety Sense və Toyota T-Mate ilə təchiz olunmasına görə idarəetmənin daha rahat və təhlükəsiz həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, aydın informasiya üçün tam yeni 12,3 düymlük kombimetr də sürücünün seçiminə köklənib.

Yeni Toyota C-HR modeli ilə Toyota cərasətli bir addım atmaqla bərabər öz ənənəsinə də sadiq qalır. Səmərəliliyi ilə diqqətləri üzərinə toplayan bu model təkrar emal edilmiş materiallardan hazırlanmış və heç bir heyvan mənşəli məhsullardan istifadə edilməmişdir. Qabaqcıl texnologiyaların təsiri ilə onun həm çəkisi, həm istehsalı zamanı CO2 emissiyaları azaldılmışdır ki, bu da ətraf mühiti qorumağa dəstək olur.

Yeni Toyota C-HR müştərilərinə aydın və intuitiv təcrübə qazandırmaq üçün nəzərdə tutulmuşdur. Toyota müştəriyönümlü bu yeni modeli ilə hərtərəfli inkişaf prosesini fərdiləşdirmiş və istehlakçıya dəyər qatmaq üçün funksionallığı inkişaf etdirmişdir. Belə ki, bu təcrübə hətta sürücü avtomobilə əyləşməmiş başlayır. Sürücü yaxınlaşdıqca maşın onu xüsusi işıqlandırma ilə qarşılayır, oturacaq mövqeyi, alətlər ekranı və multimedia üçün əvvəlcədən saxlanmış parametrlər avtomatik tətbiq edilir.

Toyota bütün dünyada tarix yazarkən, yeni Toyota C-HR istehlakçılara daha unikal tərz, daha güclü performans və daha yaxşı effektivlik bəxş edəcək.

Yeni Toyota C-HR xəyal edilib, dizayn edilib və istehsal edilib. Onun yeni dövrün reallığı ilə birbaşa əlaqəsi var!