İki gün öncə Xəzərdə boğularaq ölən 30 yaşlı Sürəyya adlı qadın tanınmış jurnalist Yusif Kərimoğlunun baldızı imiş.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin xanımla birlikdə dənizdə batma təhlükəsi ilə üzləşən 5 yaşlı uşaq isə Y. Kərimlinin oğlu Əmindir.
Avqustun 3-dən bəri reanimasiyada olan azyaşlı bu gün Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında palataya köçürülüb. Jurnalistin oğlunun vəziyyəti qənaətbəxş hesab edilir.
Xatırladaq ki, hadisə Türkan çimərliyində qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər