Zəfər Günü Ağstafada da qeyd edildi - Fotolar

zefer-gunu-agstafada-da-qeyd-edildi
Oxunma sayı: 939

Ağstafa rayonunda xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində rayon Şəhidlər Xiyabanı ziyarət olunub.

“Qafqazinfo” xəbər verir ki, anım tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri və yaxınları iştirak ediblər.

Ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxunub, məzarlarının üstünə tər qərənfillər düzülüb.