“ZəfərFest-5” yaradıcılıq festivalı keçirildi - Foto

zeferfest-5-yaradiciliq-festivali-kecirildi
Oxunma sayı: 540

Bu gün Zəfər Gününə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Heydər Əliyev Sarayında baş tutub.

Festivalda elm və təhsil naziri Emin Əmrullayev, DİM sədri Məleykə Abbaszadə, nazirliyin rəsmi nümayəndələri, təhsil ekpertləri, media nümayəndələri, həmçinin müxtəlif məktəblərin şagirdləri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mədinə Useynova