Zelenski Buçaya getdi - Fotolar

zelenski-bucaya-getdi
Oxunma sayı: 7513

Ukrayna Prezidenti Volodimir Zelenski mülki əhalinin kütləvi olaraq öldürülməsi ilə gündəmə gələn Buça şəhərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Unian” yayıb.

Zelenski Buçada sıradan çıxarılmış Rusiya texnikalarının olduğu yola baxış keçirib və yerli sakinlərlə söhbət aparıb.

Onun sözlərinə görə, Rusiya Ukraynada hərbi cinayətlər törədib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüz və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.

***

Daha sonra Zelenski öz instaqram hesabında fotolar paylaşaraq qeyd edib: “Buçanı, İrpini, Stoyankanı işğaldan sonra öz gözlərimlə gördüm. Onları ən qısa zamanda həyata qaytarmaq üçün əlimizdən gələni edəcəyik”.