Ziya Məmmədovun qardaşı Qusardakı qətldən danışdı

ziya-memmedovun-qardasi-qusardaki-qetlden-danisdi
Oxunma sayı: 8694


 O, “Qafqazinfo”ya  açıqlamasında bildirib ki, hazırda hadisə ilə bağlı istintaq gedir: “Bu cinayət araşdırılır.  Qətl zamanı qardaşımın orada olduğu bildirilsə də, mən hadisə yerində olmamışam. Heç nə deyə bilmərəm. Dolğun məlumat əldə etmək istəyirsinizsə, Qusar rayon prokurorluğuna müraciət edə bilərsiniz. Onlar ehtiyac duyulan məlumatı sizə verəcəklər”.

Qeyd edək ki, Virtualaz.org saytı məlumat yayıb ki, Qusarda qətlə yetirilmiş biznesmen Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub. Və qətl hadisəsi də nazirin qardaşının yanında baş verib.

Mənbənin bildirdiyinə görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər.

Günel Türksoy