“Gündoğar ölkə”də “İpək Yolu”nun izini xatırlayırlar

gundogar-olkede-ipek-yolunun-izini-xatirlayirlar-
Oxunma sayı: 746

Mətbuat xidmətinin məlumatın görə, görüş zamanı F. Muradov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Səfir Vatanabe qədim ipək yolunun Asiya və Avropa ölkələri arasında əlaqələrinin yaranmasındakı roluna toxunaraq bu izin böyük təsir gücünə malik oludğunu vurğulayıb. Yaponiyanın “İpək Yolu” BGT-ilə əlaqələrinin yaradılmasında öz köməyini əsirgəməyəcəyini deyən səfir əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Yaponiyanın gənclər təşkilatının nümayəndələrinin “Böyük İpək Yolu” nda təmsil olunması ilə bağlı razılıq əldə olunub.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Səfir Vatanabe ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasından təəsüfləndiyini, bu vəziyyətin tezliklə ədalətli həllini tapacağına ümid etdiyini bildirib. Səfir həmçinin vurğulayıb ki, Yaponiya höküməti məcburi köşkünlərlə bağlı layihələr həyata keçirir. Vatanabe “Böyük İpək Yolu” BGT-ni bu layihələrdə birgə işləməyə dəvət edib.