AFFA “Qəbələ”nin baş məşqçisini cəzalandırdı

affa-qebelenin-bas-mesqcisini-cezalandirdi
Oxunma sayı: 1314

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Qəbələ” matçının 45+1-ci dəqiqəsində  “Sabah”  klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun  90+5-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Zaur Haşımov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur.

Azərbaycan  Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” matçında  “Sumqayıt” klubunun 5 , “Qarabağ” klubunun   4 futbolçularının  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.

Azərbyacan  Premyer Liqasının XVI turunun “Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində  “Səbail”  klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” – “Keşlə” matçında  “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.