“Aydın özü də bilirdi ki, öləcək” - Ələkbər

“Aydın özü də bilirdi ki, öləcək”
Oxunma sayı: 7909

“Aydın haqqında deyiləsi söz çoxdur. Meyxana üçün böyük itkidir. Onunla demək olar ki, hər gün danışırdım. Biz və bizdən böyük meyxanaçılar ondan çox şey öyrənib”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında meyxanaçı Aydın Xırdalanlının yaxın dostu, həmkarı Ələkbər Yasamallı deyib. 

Dəfn mərasimində iştirak edən ifaçı bildirib ki,  A. Xırdalanlı Almaniyada müalicədən imtina edib: “Almaniyada bir dostumuz var, deyirdi ki, Aydın ailəsi ilə gəlsin, bütün xərclərini qarşılayıb onu müalicə etdirim. Amma getmədi. Aydın bizi ölümünə öyrəşdirdi. Xəstə idi. Aydın özü də bilirdi ki, öləcək. Hər şey anidən baş vermədi”.  

Foto: Pərvin Zeynal


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi