DSMF-nin internet saytı qalib seçildi

dsmf-nin-internet-sayti-qalib-secildi
Oxunma sayı: 643

“Milli Net 2011” müsabiqəsinin bu ilki qalibləri 11 nominasiya (“Korporativ saytlar”, “Ictimai- sosial saytlar”, “Media və İnformasiya”, “Mədəniyyət, incəsənət və turizm”, “Ailə uşaq və sağlamlıq”, “Asudə vaxt, idman və əyləncə”, “Bloqlar”, “Elm və təhsil”, “Dövlət və bələdiyyə”, “Xidmət (Servis)”, “İstifadəçi kontenti üzərində qurulmuş saytlar”) üzrə müəyyənləşdirilib. “Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet saytı (http://www.sspf.gov.az, www.dsmf.gov.az) “Milli Net-2011” müsabiqəsinin “Dövlət və bələdiyyə saytları” nominasiyası üzrə qalibi (1-ci yer) seçilib. 11 nominasiya üzrə qalib gələnlərə Milli Net müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta və diplom təqdim olunub. Eyni zamanda 2-ci və 3-cü yerləri qazananlara müsabiqənin diplomları verilib.

DSMF-nin rəsmi internet saytı 2004-cü ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 111 nömrəli 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyən edilmiş tədbirlərin icrası nəticəsində ötən il Fondun saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib. Saytın yeni versiyası sığorta-pensiya sahəsində görülən işlər barədə əhalinin məlumatlandırılması və internet səhifəsindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi, elektron xidmətlərin göstərilməsi istiqamətində geniş imkanlara malikdir.

Nigar Məmmədli