Məhərrəm Qurbanov dəfn olundu - Fotolar

meherrem-qurbanov-defn-olundu
Oxunma sayı: 5105

Ötən gün dünyasını dəyişən Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov torpağa tapşırılıb. 

“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimi bu gün Təzə Pir Məscidində keçirilib.  Yas məclisində M. Qurbanovun həmkarları, ailə üzvləri, qohumları iştirak edib. 

Dəfndən çəkilən fotoları Turan Etibaroğlu sosial şəbəkədə paylaşıb. 

Qeyd edək ki, Məhərrəm Qurbanov 3 gün öncə beyin insultu keçirdiyi üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.