“Qəbələ”nin oyununun məkanı bəlli oldu

qebelenin-oyununun-mekani-belli-oldu
Oxunma sayı: 856

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Samtredia” – “Qəbələ” matçının məkanı bəlli olub.

Qafqazinfo” xəbər verir ki, qarşılaşma “Qəbələ”nin rəqibinin təmsil etdiyi Samtredia şəhərində keçirilməyəcək.

Belə ki, “Samtredia” “qırmızı-qaralar”ı Zestafoni şəhərində qəbul edəcək. İyulun 7-də keçiriləcək görüş David Abaşidze adına 4558 azarkeş tutumu olan stadionda baş tutacaq.

Qeyd edək ki, ölkəmizi təmsil edən klublardan “Neftçi” 2012-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində bu stadionda qonaq olub. Həmin vaxt “Zestafoni” klubu ilə üz-üzə gələn “ağ-qaralar” səfərdən 2:2 hesablı nəticə ilə qayıtmışdılar.