Əvvəl işdən qovdu, sonra vəzifə verdi

-evvel-isden-qovdu-sonra-vezife-verdi
Oxunma sayı: 9148


“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, vəzifəsindən uzaqlaşdırılan Biləsuvar rayon polis şöbəsinin rəisi Saleh Abdullayeva daha önəmli vəzifə verilib. Belə ki, sonuncu kollegiya iclasında şiddətli töhmət cəzası alan, sonra isə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilərək sərəncama göndərilən polis polkovniki Saleh Abdullayev daxili işlər naziri Ramil Usubovun əmri ilə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboruna rəis təyin edilib.