1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunub - Rəsmi - Yenilənib

1-yasli-korpeye-olumunden-evvel-qoturluq-diaqnozu-teyin-olunub
Oxunma sayı: 1630

Bakıda 1 yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Binəqədi rayonunda, aprelin 26-sı saat 21 radələrində baş verib.

2025-ci il təvvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyevin pnevmoniyadan öldüyü bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 25-i saat 11:00 radələrində 2025-ci il təvəllüdlü körpə (Kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub: “Körpəyə qoturluq diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi 2-ci Dermatoveneroloji şöbəsində davam etdirilib.

Aprelin 26-sı saat 16:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. 

Baş vermiş hadisə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə Komissiyası tərəfindən araşdırılır”.