NATO-nun təşkil etdiyi hava hücumunda Əfqanıstanın Pakistanla sərhədində yerləşən Kunar vilayətində 11-i uşaq olmaqla 12 mülki vətəndaş dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, ölən uşaqların 1-14 yaş arası olduğu bildirilir.
Kunar valisinin sözçüsü Vasifulla Vasifi də faktı təsdiqləyərək hava hücumu zamanı 11 uşağın və 1 qadının öldüyünü və azı 5 qadının ağır yaralandığını söyləyib.
Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələri (İSAF) verdiyi açıqlamada isə Kunarda mülki vətəndaşların öldüyünü, lakin qeyd olunan rəqəmlərin hələ təsdiqlənmədiyini qeyd edib. /aa.com.tr/
Son xəbərlər
Son Xəbərlər