Dünya şöhrətli müğənni Selin Diona növbəti dəfə ağır itki üz verib.
“Qafqazinfo” Dailymail-ə istinadən xəbər verir ki, ifaçının 59 yaşlı qardaşı Daniel Dion bu səhər dünyasını dəyişib. O, uzun müddətdir ki, xərçəng xəstəliyi ilə mübarizə aparırmış.
Xatırladaq ki, 2 gün öncə Selin Dion 73 yaşlı həyat yoldaşı Rene Andjelili də itirib. Müğənninin prodüseri və eyni zamanda sənətində əsas dəstəkçisi olan əri də məhz xərçəng xəstəliyi ilə mübarizədə uduzub.




Son xəbərlər
Son Xəbərlər