24 gün əvvəl öldürülən şəxsin qatili tapıldı

24-gun-evvel-oldurulen-sexsin-qatili-tapildi
Oxunma sayı: 2619

Bakıda 24 gün əvvəl öldürülən şəxsin qatili tapılıb.

Nərimanov rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.

Xəbəri rus dilində oxuyun: Владелец NeoKart выиграл автомобиль в лотерее!

Belə ki, mayın 6-da rayon ərazisində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyiti aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb. Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu il təvəllüdlü Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Ağayev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.