3 yaşlı Zəhra ailəsinə təhvil verildi - Video

3-yasli-zehra-ailesine-tehvil-verildi
Oxunma sayı: 5841

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda itkin düşən 3 yaşlı Zəhra Bağırova 3 gün sonra tapılaraq ailəsinə təhvil verilib.

“Qafqazinfo”nun məlumatına görə, azyaşlı polis əməkdaşları tərəfindən metronun “Neftçilər” stansiyası yaxınlığında diləndirilən zaman tapılıb.

Zəhranı oğurlayan qadın da artıq saxlanılıb. O, Masallı rayonundandır və hazırda polis bölməsindədir.