31 yaşlı kişi kafedə qətlə yetirildi - Saxlanılan var

31-yasli-kisi-kafede-qetle-yetirildi
Oxunma sayı: 1743

Ağsuda 31 yaşlı kişi qətlə yetirilib.

“Qafqazinfo” nun məlumatına görə, hadisə ötən gün rayonun Çiyni kəndi ərazisində baş verib.

Məlumata görə, kənddə yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə öldürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov