36 yaşlı riyaziyyat müəllimi evində ölü tapıldı

36-yasli-riyaziyyat-muellimi-evinde-olu-tapildi
Oxunma sayı: 7959

Cəlilabadda evdən kişi meyiti aşkar edilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Bekə ki, Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.

Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli