64 yaşlı qadının əkizləri oldu - Azərbaycanda

64-yasli-qadinin-ekizleri-oldu
Oxunma sayı: 6397

Bu gün Azərbaycanda 64 yaşlı qadınla 70 yaşlı kişinin əkiz övladları dünyaya gəlib.

"Qafqazinfo" xəbər verir ki, cütlük süni mayalanma sayəsində övlad sahibi olublar. Doğuş Bakıda yerləşən özəl xəstəxanaların birində baş tutub.

Uşaqlardan biri qız, digəri isə oğlandır.

Qeyd edək ki, dünyada bu yaşda övlad dünyaya gətirən qadınların sayı 7-ə bərabərdir. 64 yaşında ana olmaq Azərbaycanda və keçmiş sovet məkanında ilkdir.