8 illik evliliklərinə son qoydular

8-illik-evliliklerine-son-qoydular
Oxunma sayı: 6228

Türkiyəli aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrak 8 illik evliliklərinə son qoyublar.

“Qafqazinfo” “2-ci Sayfa”ya istinadən xəbər verir ki, onların boşanma prosesi 15 dəqiqə çəkib.

Cütlük qarşılıqlı anlaşaraq ayrılıb.

Qeyd edək ki, bu, Düvencinin ikinci evliliyidir. O, 2008-2013-cü illərdə iş adamı Engin Akgünlə ailəli olub, cütlüyün bu nikahdan Melisa Nur adlı qızları dünyaya gəlib.

Aktrisa B.Şakrakla isə 2015-ci ildə ailə qurub, Okan Ali adında oğulları var.