8 yaşlı uşaq planşetdəki oyuna görə intihar edib?

8-yasli-usaq-plansetdeki-oyuna-gore-intihar-edib
Oxunma sayı: 6357

Bir neçə gün əvvəl Bakı şəhəri Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-ə məxsus planşetdə bu hadisəyə səbəb ola biləcək faktlar aşkarlayıblar.

Xəbəri rus dilində oxuyun: Не пропустите праздничное предложение на Рамазан от İrşad

Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzildən 2-ci sinf şagirdinin daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalareya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də “3 days to die” oyunu və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq, tabletin qeydlər bölməsində “salam, mən Anabellayam və bu axşam səni öldürəcəm” məzmununda yazı aşkar edilib.

Bütün faktlar toplanıb və özünü öldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, məktəbli oğlanın anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.

Nizam Rza