84 yaşlı məktəb direktoru koronavirusdan vəfat etdi

84 yaşlı məktəb direktoru koronavirusdan vəfat etdi
Oxunma sayı: 5155

Qaxda məktəb direktoru koronavirusdan vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva COVID-19-un qurbanı olub.

Qeyd edək ki, 84 yaşlı direktor bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıda yerləşən xəstəxanalardan birində müalicə olunurdu.

Mübariz Muradov