AA nişanlı maşın “X5”lə toqquşdu - Foto

aa-nisanli-masin-x5le-toqqusdu
Oxunma sayı: 3527

Heydər Əliyev prospektinə paralen olan Xəlil Rza Ulutürk küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, 58 AA 058 dövlət qeydiyyat nişanlı “QAZ 21031” markalı avtomobil BMW-X5 markalı maşınla toqquşub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

AA qeydiyyat nişanlı maşının arxasında 124 saylı seçki dairəsi qeyd olunub. Bu dairə Şuşa-Ağdam-Xocalı-Xocavənd üzrədir.