Abdulla Gül Bulvarda selfi çəkdirdi – - Foto

abdulla-gul-bulvarda-selfi-cekdirdi-
Oxunma sayı: 4526


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, ANS TV-də yayımlanan "A-dan Z-yə" proqramının aparıcısı ölkəmizdə səfərdə olan Abdulla Güllə təsadüfən rastlaşdığını deyir: "Şəhərdə gəzirdim, təsadüfən qarşılaşdıq. Yaxınlaşıb salamlaşdım. Çox mehribancasına salamımı aldı. Sonra soruşdum ki, sizinlə selfi çəkdirə bilərik? "Gəl" deyib, razılıq verdi. Belə bir böyük insanla ünsiyyətdə olmağıma şadam".

Qeyd edək ki, Türkiyənin eks prezidenti bu gün Bakıda öz işinə başlayan III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Tədbirə onlarla ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərlərindən, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur. 

Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) və Madrid Klubunun əməkdaşlığı çərçivəsində keçirilən Forum aprelin 30-dək davam edəcək.