ABŞ-dən 8 ölkə ilə bağlı vətəndaşlarına - Xəbərdarlıq

abs-den-8-olke-ile-bagli-vetendaslarina
Oxunma sayı: 2640

ABŞ səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin Azərbaycandakı Səfirliyi də bununla bağlı rəsmi hesabında paylaşım edib.

Bildirilib ki, son zamanlar bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbsləri riski yüksək hal alıb: “Siyahıya daxil edilən ölkələr bunlardır: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.

ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilən səyahət tövsiyələrini nəzərdən keçirməli və onlara əməl etməlidir. Xəbərdarlığın məqsədi ABŞ vətəndaşlarını mümkün risklər barədə öncədən məlumatlandırmaqdır”.