ABŞ Senatı Trampın impiçmentinin konstitusion olduğunu qəbul etdi

abs-senati-trampin-impicmentinin-konstitusion-oldugunu-qebul-etdi
Oxunma sayı: 966

ABŞ Senatı ABŞ-ın sabiq Prezidenti Donald Trampın impiçment prosesinin konstitusion olduğunu qəbul edib.

“Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” səsvermənin nəticələrinə istinadən xəbər verir.

Səsvermənin nəticələrinə əsasən 56 senator impiçment prosesinin ölkənin əsas qanununa uyğun olması ilə razılaşıb, 44 senator bunun əleyhinə çıxıb. Proses fevralın 10-da davam edəcək.

Keçmiş Prezidentə impiçment elan edilməsi üçün 67 senatorun səsi lazımdır.

Qeyd edək ki, ABŞ tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduruna iki dəfə eyni Prezident məruz qalır. Qətnamədə bir ittiham maddəsi var - üsyana təhrik.