Abşeronda əməliyyat keçirildi - Saxlanılanlar var

abseronda-emeliyyat-kecirildi
Oxunma sayı: 8502

Abşeron rayonunda səs-küylü həbslər olub.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.

Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanılıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.

***

Baş Prokurorluqdan bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.