Açılış mərasimində Bakıya hansı prezidentlər gələcək?- - Video

acilis-merasiminde-bakiya-hansi-prezidentler-gelecek-
Oxunma sayı: 8098


“Qafqazinfo”nun Ans TV-yə istinadən məlumatına görə, Serbiya prezidenti Tamislav Nikoliç iyunun 12-də Bakıda olacaq. ATƏT-in hazırki sədri, Serbiya baş naziri, XİN İlitsa Daçiç prezident İlham Əliyevin rəsmi qəbulunda Serbiya prezidentinin iştirakını təsdiq edib. 

Avropa dövlətlərindən daha iki ölkənin Bakıya gəlişi təsdiqlənib. Lüksemburq hersoqu və Monako knyazı da ən yüksək səviyyədə açılış mərasiminə qatılacaq. 

Ümumilikdə ilk Avropa Oyunlarının açılış-bağlanış törəninə, həmçinin oyunları izləmək üçün 20-dən artıq ölkə, hökumət başçısının gələcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putin Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Kremlin mətbuat xidməti məlumatı təsdiqləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış törəninə dəvət edilən dövlət başçılarındandır. Türkiyə XİN Mövlud Çavuşoğlu Ərdoğanın Avropa Oyunlarnın açılış mərasiminə qatılacağını söyləyib. 

“Bakı 2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsindən bildirilib ki, çoxsaylı ölkə başçılarının, dövlət rəsmilərinin, beynəlxalq və Avropa Olimpiya Komitəsi, bir neçə ölkə isə olimpia komitə rəhbərləri səviyyəsində mərasimdə iştirak edəcəklər.

Ümumiyyətlə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi 10 minə yaxın rəsmi və qeyri-rəsmi qonaqların Azərbaycana dəvətini təmin edib.