“Adi rayon qızı Məleykə...”

adi-rayon-qizi-meleyke
Oxunma sayı: 4808


“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın xalq artisti Məleykə Əsədova APA TV-nin “Kimsən Sən” verilişində qızı Gülərin suallarını cavablandırıb. Aktual.az yazır ki, xalq artisti verilişdə bir-birindən maraqlı etiraflar edib: “Biz Allaha bağlı insanlarıq - qızım Gülər və mən. Kənardan böyük görünə bilərik, mənim bacılarım, qızım, bir də Allahım var. Görürsünüzmü, mən heç kimi məhkəməyə vermirəm. İndiyədək məni çox incidiblər. Ən böyük hakim Allahdır. Həmişə əlim göydədir, Allahla danışıram. 

Buraya gələndə də dualar oxuyub gəlmişəm. Məni bu yerlərə çatdıran Allahımdır. Mən kim idim ki, adi rayon qızı Məleykə… Bu istedadı, gözəlliyi, sağlam canı, tamaşaçı sevgisini, qızımı mənə vermisən. İnsanları sevin… Yaxşılıq düşünün ki, gözəl qalasınız. Qəlbimə çox dəyirlər, bilirlər ki, duyğusalam, daha çox xətrimə dəyirlər. Yaxşı olun, sevgi ilə yaşayın. Nə etsəniz, övladlarınızın önünə çıxacaq”.