ADR-in təşkilat sədrinin oğlu 30 sutkalıq həbs olundu

adr-in-teskilat-sedrinin-oglu-30-sutkaliq-hebs-olundu
Oxunma sayı: 7414

Azərbaycan Demokratiya və Rifah Partiyasının Səbail rayon təşkilatı sədri Xəyyam Çələbinin oğlu Əyyub Çələbi həbs olunub.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb. 

O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.