ADY dəmiryolu xətlərindən düzgün istifadə ilə bağlı görüş keçirdi - Video

ady-demiryolu-xetlerinden-duzgun-istifade-ile-bagli-gorus-kecirdi
Oxunma sayı: 847

ADY orta məktəblərdə dəmiryolu xətlərindən düzgün istifadə və təhlükəsizlik qaydalarına dair maarifləndirmə görüşləri keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə Sabunçu rayonu 67 saylı orta məktəbində növbəti görüş təşkil olunub.

Məktəblilər dəmiryolu xətlərindən müəyyən olunmuş yer və keçidlərdən istifadə qaydalarına dair təqdimatları dinləyib, test tapşırıqları icra ediblər.

Görüşdə nümayiş etdirilmiş video çarxlar şagirdlər tərəfindən maraqla qarşılanıb.