Aeroportdakı kran qəzasında ölən və yaralanan şəxsin kimliyi bilindi - Yenilənib

aeroportdaki-kran-qezasinda-olen-ve-yaralanan-sexsin-kimliyi-bilindi
Oxunma sayı: 13745

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.

Baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: “Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.

***

Heydər Əliyev Beynəlxalq Hava Limanında kranın aşması faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

***

Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında baş vermiş hadisə nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxs paytaxt sakini Prokofyev İqor Vladimiroviç, xəsarət alan şəxs isə Nuriyev Zaur Tofiq oğludur.

Həmçinin oxuyun: “Иран не потерпит изменения границ региона”

Nizam Rzayev