Ağcabədidə qızlar təmizlikçi oğlanı döydü - Foto

agcabedide-qizlar-temizlikci-oglani-doydu
Oxunma sayı: 9651

Ağcabədi rayonunda qızlar küçədə təmizlik işçisi olan oğlanı döyüblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə gün əvvəl şəhərin mərkəzi küçələrindən birində baş verib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, insident barədə Ağcabədi rayon polis şöbəsi məlumatlıdır: “Hazırda Təhqiqat bölməsində araşdırma aparılır”.

Məlumata görə, təmizlik işçisini döyən qızlar və 1 oğlan saxlanılıb, onların ifadəsi alınıb. İddiaya görə, həmin oğlan qızlardan birinin anasını döyüb, buna görə sonradan tərəflər arasında dava düşüb.