Ağstafada ölənlərin və yaralananların - Adları+Fotolar

Ağstafada ölənlərin və yaralananların
Oxunma sayı: 6083

Xəbər verdiyimiz kimi, Ağstafanın Sadıqlı kənd sakini, 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu avtomat silahla atəş açaraq kənd sakinləri 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə və onun iki oğlu, 1978-ci il təvəllüdlü Fərrux və 1984-cü il təvəllüdlü Novruzu öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, 1960-cı il təvəllüdlü Cəlilova Zeynəb isə təsadüfən açılan atəşin qurbanı olub. Yaralananlar Sadıqlı kənd sakini 1964-cü il təvəllüdlü Əhmədova Lilpar, 1999-cu il təvəllüdlü İbrahim Abdullayev, 1951-ci il təvəlılüdlü Nüsrət İsayev və 1961-ci il təvəllüdlü Rəsul Həsənovdur. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, cinayətin səbəbi ailələr arasında olan qan davasıdır. Fərrux, Novruz və digər qardaş 2007-ci il ildə Elnurun atası və əmisini qətlə yetiriblər. O vaxtdan bəri ailələr arasında qan davası olub. Dünyalarını dəyişən Fərrux və Novruz bir müddət əvvəl həbsdən çıxıblar. Üçüncü qardaşları isə hələ də həbsdədir.

Elmar Əli 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi