“Ağzınıza gələni danışırsız, utanmırsız?” - Bu dəfə ağladılar

agziniza-geleni-danisirsiz-utanmirsiz
Oxunma sayı: 731

“Qarşıdurma” devizi altında yayımlanan “Maşın” realiti şousu bu dəfə də qalmaqalsız ötüşməyib. “Qafqazinfo” xəbər verir ki, iştirakçıların seçimi ilə ən çox fotosu çıxan şəxs Oksana Rəsulova olub.  

Aktrisa-rəqqasə oyundan teleaparıcı Azər Zahidi çıxaracağını bildirib. O, səbəb kimi Azərin onunla kobud danışdığını söyləyib. 

Şounun sonuna yaxın Oksana Rəsulovanın bir sözü “Maşın”ı bir-birinə vurub. Belə ki, aktrisa Səidə Sultanı həyasız adlandırıb və onun kimi heç vaxt ola bilməyəcəyini deyib. Rəsulovanın bu sözü Səidəni əsəbiləşdirib və canlı efirdə ağlamağa başlayıb. 

“Mənə belə artıq söz deyirsiz, bəyənmirsiz, amma özünüz ağzınızın danışığınızı bilmirsiz. Ayıbdır, yekə qızsız. Heç vaxt həyasız olmamışam, sözün düzünü demişəm. Sən, Pərvin ağzınıza gələni danışırsız. Utanmırsız? Mən düz danışaram, amma burada heç kəsə artıq söz demərəm. Sizin dedikləriniz mənə təsir edir, ona görə ağlayıram. İki gəşəng xanımsız, ağzınıza gələni danışırsız” deyərək göz yaşlarına sahib ola bilməyib. 

Bundan sonra aktrisa da ağlamağa başlayıb. Proqramın sonunda Oksana 65,61 faiz səs yığıb və qalib olub. 

Rəqqasə Səidə Sultanla bağlı açıqlama verib:

“Səs verən hər kəsə təşəkkür edirəm. Tamaşaçılardan üzr istəyirəm. Rus dilli bir xanımam, fikrimi tam izah edə bilmirəm. Səidə, sənə belə dedimsə, üzr istəyirəm. Sənin göz yaşlarını gördüm, ağladım. Qadına qarşı çox həssasam”. 

Rəsulova qərarında qəti olduğunu bildirib və Azər Zahidi verilişdən kənarlaşdırıb.