Xəbər verdiyimiz kimi, vəfat edən xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.
Mərhum müğənninin bacısı Quliyeva Gülbahar “Qafqazinfo”ya açıqlamasında xalq və dövlət tərəfindən İlhamə Quliyevaya böyük dəyər verildiyini bildirib:
“Bacım, respublikanın xalq artisti, görkəmli sənətkar İlhamə Quliyevanın vəfatı ilə bağlı bizə verilən başsağlığına, bu ağır günümüzü bizimlə bölüşdüyünə görə ailəmiz adından dövlət rəhbərliyinə, xalqımıza dərin minnətdarlığımı bildirirəm”.