AKAF Zəfər Günü ilə bağlı tədbir keçirəcək

akaf-zefer-gunu-ile-bagli-tedbir-kecirecek
Oxunma sayı: 380

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) noyabrın 9-da federasiyanın binasında tədbir təşkil edəcək. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə ötən il Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində keçirilmiş “Təmiz suda avar çək” aksiyası zamanı Çinin ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” təşkilatı ilə memorandumun bir ilinin tamamı qeyd olunacaq.

Qeyd edək ki, Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən təşkilatla əməkdaşlığın əsas məqsədi Azərbaycanda və Çində avarçəkmə idmanının təbliği, sağlam həyat tərzinə dəstək, təmiz su hövzələrinin, təbii mühitin qorunub saxlanılmasıdır. Qlobal Kanal Avarçəkmə Federasiyasının nümayəndələri COP30 tədbiri ilə əlaqədar Bakıdan Braziliyaya yola düşəcək. Bakıda təşkil olunmuş “Təmiz suda avar çək” aksiyası Braziliyada davam etdiriləcək. 

Daha sonra 2025-ci ildə avarçəkənlərimizin Azərbaycanda və xaricdə təşkil olunmuş beynəlxalq reqatalarda əldə etdiyi nəticələr barədə məlumat veriləcək. 

Mətbuat konfransından sonra Bakıdan və Mingəçevirdən olan komandalar Xəzər dənizində nümunəvi çıxışlar edəcəklər.