Aksiyada deputatlar da yaralandı - Fotolar+Video

aksiyada-deputatlar-da-yaralandi-fotolarvideo
Oxunma sayı: 774

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Taksim meydanında səhər saatlarında başlayan və günortadan sonra da davam edən nümayişlərdə polis vətəndaşlara qarşı qaz bombası və təzyiqli sudan istifadə edib. Göstərilən təzyiqlərə rəğmən aksiyanı dağıtmaq mümkün olmayıb. Taksimdə baş verən insidentlə bağlı metronun hərəkəti də dayandırılıb.

Polisin nümayişə sərt şəkildə müdaxilə etməsi nəticəsində aralarında millət vəkilləri və bir sıra sənətçilər də olmaqla yaralıların olduğu bildirilir.