“Albert Rıjiy”in ölümünə görə saxlanılan şəxs o imiş - Qətli belə etiraf etdi+Video

albert-rijiyin-olumune-gore-saxlanilan-sexs-o-imis
Oxunma sayı: 8552

Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı “qanuni oğru”, “Albert Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərovu qətlə yetirməkdə şübhə bilinən şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, saxlanılan şəxs 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğludur.

O, ilkin ifadəsində gəncəli kriminal avtoriteti öldürdüyünü etiraf edib. M.Sultanov qətlə səbəb kimi, “Albert Rıjiy”ın onu təhqir etməsini göstərib.

Xatırladaq ki, Ə.Heydərov aprelin 12-də Moskvadakı idman zallarının birində qətlə yetirilib. Onu da qeyd edək ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsi tərəfindən Ə. Heydərovun ölümündə şübhəli bilinən şəxsin saxlanılması təsdiqlənsə də, onun adı açıqlanmırdı.