A.Qriqoryevs “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bu məsələ birbaşa ona aid olmadığı üçün rəy vermək istəmir: “Bu məsələ bütövlükdə şəxsən mənimlə deyil, Azərbaycan və MDİ (həmçinin ABŞ) ilə bağlı olduğu üçün biz rəsmi cavab hazırlayırıq”.
Qeyd edək ki, Zakir Qaralovun Amerika səfiri Riçard Morninqstara göndərdiyi məktubda nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğunun müəyyən edildiyi qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər